8 may 2011 17:57
Kaxaber Sxadadze: Azarkeşlər yaxşı oyunun şahidi olmadı
Premyer Liqanın 30-cu turunda keçirilən "Neftçi" - "İnter" qarşılaşması qolsuz heç-heçə ilə başa çatdı - 0:0. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze matçla bağlı bunları dilə gətirib:
"İlk növbədə Arif Əsədovu və "Neftçi" klubunu çempion olmaları münasibəti ilə təbrik edirəm. İnanıram ki, "Neftçi" Azərbaycanı həm Çempionlar Liqasında, həm də "Birlik Kuboku"nda layiqincə təmsil edəcək. Azarkeşlər, bəlkə də, yaxşı oyunun şahidi olmadı. Bizi irəlidə AZAL-la çətin oyun gözləyir. 4-cü yeri tutub Avroliqada çıxışımızı təmin etmək istəyirik".
