8 may 2011 18:03
Arif Əsədov: Qalan oyunlarda da qələbə əzmini itirməməyə çalışacağıq
"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Premyer Liqanın 30-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt derbisindən qolsuz heç-heçə ilə ayrılan “ağ-qaralar”ın çalışdırıcısı bunları dilə gətirib:
"Kaxaber Sxadadzeyə xoş sözlərə görə təşəkkürümü bildirirəm. Öncə də qeyd etmişdim ki, qalan oyunlarda əsasən gənc və heyətə düşə bilməyən futbolçulara şans verəcəm. Bu gün də bir çox gənc futbolçulara şans verdim, oyunlarından razı qaldım. Yerdə qalan oyunlarda da qələbə əzmini itirməməyə çalışacağıq".
