8 may 2011 18:18
“Bu oyunun əhəmiyyəti olmasa da, prinsipiallığı var idi”
Premyer Liqanın 30-cu turunda "Gəncə"ni qəbul edən "Muğan" növbəti qələbəsini qazandı - 2:1. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra "Muğan" klubunun məşqçisi Bəhmən Həsənov matçla bağlı bunları dilə gətirib:
"Bu gün növbəti qələbəmizi qazandıq, şadam. "Gəncə" klubu oturuşmuş heyətə malikdi, təcrübəli futbolçulardan təşkil olunub. Bu oyunun elə bir əhəmiyyəti olmasa da, prinsipiallığı var idi. Komandam verilən tapşırığı yerinə yetirdi, oyunun əvvəlində fərqləndik. Lakin ikinci hissədə bərabər səviyyəli oyun getdi".
