8 may 2011 18:25
Mehman Allahverdiyev: Bu, komandaya psixoloji təsir etdi
"Gəncə"nin baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 30-cu turunun “Muğan”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə klubunun çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“Muğan” klubunu qələbə münasibəti ilə təbrik edirəm, çox gözəl komandadı. Bugünkü oyuna 8 itki ilə çıxmışdıq. Erkən qol buraxdıq, ardından ikinci qolu qapımızda gördük, bu, komandaya psixoloji təsir etdi. İkinci hissədə üstünlüyə yiyələndik, bir neçə qol imkanımız oldu. Lakin Ramal Hüseynovun qırmızı vərəqə alması oyunumuza təsir etdi".
