8 may 2011 18:43
Toni Adams: Müdafiə xəttimiz inamlı təsir bağışladı
Premyer Liqanın 30-cu turuna "Qəbələ" - "Turan" oyunu ilə yekun vuruldu. Azerisport.az xəbər verir ki, rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" növbəti 3 xalı aktivinə yazdı. Qarşılaşmadan sonra "Qəbələ" klubunun baş məşqçisi Toni Adams matçla bağlı bunları dilə gətirib:
"Yaxşı oyun alındı, komanda ilk hissədə yaxşı oynadı, qol vurduq. İkinci hissəni əks-hücumlarda keçirdik. Müdafiə xəttimiz rəqibin hücumları qarşısında inamlı təsir bağışladı. Qələbə münasibəti ilə komandamı təbrik edirəm".
