8 may 2011 18:49
Turan`ın baş məşqçisi debüt matçını şərh etdi
"Turan" klubunun baş məşqçisi Asim İbrahimov Premyer Liqanın 30-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun sükanı arxasındakı debüt matçında məğlub olan gənc mütəxəssis bunları dilə gətirib:
"İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik. İlk hissədə əks-hücumda oynamaq istəyirdik, amma hesabda məğlub duruma düşdük. İkinci hissədə komanda daha yaxşı təsir bağışladı, futbolçuların psixoloji durumu yaxşı olmasa da, ikinci hissədə yaxşı çıxış etdik".
