9 may 2011 00:48
AZAL-la İnter Avropa Liqasına layiqdi?
Premyer Liqada 30-cu tur da arxada qaldı. Azerisport.az xəbər verir ki, hesabat turunun əsas diqqətçəkən olayları ilk oyun günündə baş tutduğundan, son gündə hansısa əlamətdar olaya şahidlik edə bilmədik.
Bazar gününün əsas diqqətçəkən görüşü mərkəzi arenada oynanılan “Neftçi” – “İnter” matçı idi. Ötən tur çempionluğunu rəsmiləşdirən “ağ-qaralar”ın eks-çempionla döyüşü sırf formal xarakter daşıyırdı. Təsadüfi deyildi ki, baş məşqçi Arif Əsədov hələ çempionluğu rəsmiləşdirən kimi qalan oyunlarda ehtiyat qüvvədən yararlanacağını dilə gətirmişdi. Gözlənildiyi kimi, meydan sahibləri həqiqətən əvəzedici oyunçularının əksəriyyət təşkil etdiyi heyətlə mübarizə apardı.
Əks düşərgədə isə vəziyyət tam fərqli idi. Çünki cari mövsüm heç də uğurlu çıxışı ilə seçilməyən köhnə çempion bu qarşılaşmada qələbə qazanmağa borclu idi. Bu, xüsusilə bir gün öncə AZAL-ın “Bakı”ya uduzmasından sonra “bankirlər” üçün əla üstünlük yarada bilərdi. Hər halda qazanılacaq 3 xal “İnter”i dördüncü pilləyə çıxarmış olacaqdı. Belədə, paytaxt klubu ölkə kubokunun finlaında “Xəzər Lənkəran”a uduzacağı halda belə, Avropa Liqasına vəsiqəni təmin etmiş olacaqdı.
Lakin 90 dəqiqənin tamamında yeni çempiona qol vura bilməyən “İnter” demək olar ki, bu vəzifənin öhdəsindən gələ bilmədi. Qeydə alınan heç-heçə bu komandaya da bir xal qazandırdı və AZAL-la xallar bərabərləşdi. Amma şəxsi oyunlarda üstünlük “təyyarəçilər”də olduğundan “İnter” yenə 5-ci pillədə qalmış oldu. Yeri gəlmişkən, son oyunlarda ardıcıl uduzan AZAL-ın, eləcə də “Neftçi”nin hətta ikinci heyətinə də qalib gələ bilməyən “İnter”in Avropa Liqasına vəsiqə qazanmağa nə dərəcədə layiq olub-olmadığı da xüsusi müzakirə mövzusu ola bilər.
Son oyun gününün digər qarşılaşmaları isə ikinci altılıq çərçivəsində baş tutdu. “Qəbələ” sadəcə ikinci altılığın lideri olmaq baxımından əhəmiyyət daşıyan görüşdə “Turan”ı qəbul edirdi. Bu günlərdə Naci Şensoyu qovub, yerinə Asim İbrahimovu təyin edən Tovuz klubu yeni baş məşqçisi ilə debüt görüşünə çıxmışdı. Bir sözlə qonaqlar da məhz bu əlamətdar olayı qələbəylə yumaq fikrində idilər. Lakin sonda gülən tərəf məhz meydan sahibləri oldu. Bu, həm də Toni Adamsın komandasının öz yarımqrupundakı birinciliyi özündə saxlamasına şərait yaratdı.
“Qəbələ” ilə liderlik uğrunda mübarizə aparan “Muğan” isə “Gəncə”ylə qarşılaşdı. İlk dəqiqələrdən hücuma atılıb, iki erkən qol vuran Bəhmən Həsənovun yetirmələri sonradan bir avtoqola üzülsə də, qonaqlar məğlubiyyətdən xilas ola bilmədilər. Beləcə, Mehman Allahverdiyev “Gəncə” ilə ilk yenilgisinə üzülmüş oldu.
Premyer Liqa
30-cu tur
Muğan - Gəncə - 2:1 (2:1)
Qollar: Miloş Zeçeviç, 3-pen (1:0), Anxel Qutyerres, 12 (2:0), Ekrem Hodziç, 34-öz qapısına. (2:1).
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əmir Zamanov.
Vərəqələr: Georgi Qulordava, 20, Tural Axundov, 43, Novruz Məmmədov, 70, Taqim Novruzov, 76, Amil Ağacanov, 90+2 - Ruslan Məcidov, 2, Ramal Hüseynov, 43; 86 – sarı, Ramal Hüseynov, 86 – qırmızı.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
8 may 2011. Bakı. “Şəfa” stadionu. 300 tamaşaçı.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Tagim Novruzov, 8. Tural Axundov, 11. Con Pelu, 19. Zaur Əsədov, 23. Georgi Qulordava (9. Elşən Məmmədov, 90+1), 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres (16. Sergey Çernışev, 90+2), 77. Reys Klaudiney (14. Fərid Həşimzadə, 84).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 7. Pərvin Paşayev, 25. Nəriman Həsənov, 34. Cavad Mirzəyev.
Məşqçi: Bəhmən Həsənov.
Gəncə: 22. Ruslan Məcidov, 2. Xəyal Mustafayev (24. Vladimir Zelenbaba, 90+1), 4. Azər Məmmədov (k), 5. Mətləb Məmmədov (28. Patris Nukeu, 86), 6. Samir Zərgərov, 7. Ramal Hüseynov, 8. Armand Fuetçin, 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 15. Şahin Kərimov, 17. Renat Sultanov (23. Junivan Suares, 42).
Ehtiyat oyunçular: 16. Zamiq Mirzəpur, 9. Samir Abdulov, 13. Zura Dzamsaşvili, 25. Kristaps Qrebis.
Baş məşqçi: Mehman Allahverdiyev.
Neftçi - İnter - 0:0
Vərəqələr: Cavid İmamverdiyev, 66, Ruslan Əmircanov, 67 - Dmitri Kruqlov, 72 – sarı.
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Yaşar Abbasov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
8 may 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 450 tamaşaçı.
Neftçi: 12. Elçin Sadıqov, 3. Denis Silva, 4. Yasin Hima, 7. Rodriqinyo (22. Ruslan Qurbanov, 78), 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 17. Araz Abdullayev (16. Alessandro Viano da Silva, 46), 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev (28. Amit Quluzadə, 60), 26. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 8. Elmar Baxşıyev.
Baş məşqçi: Arif Əsədov.
İnter: 1. Georgi Lomaya, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 12. Filip Despotovksi (23. Şəhriyar Rəhimov, 81), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (16. Elnur Abdulov, 57), 15. Vladimir Levin (k), 19. David Odikadze (77. Daniel Genov, 46), 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 4. Danildo Assioli, 10. Asif Mirili, 35. Ramil Mansurov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ - Turan - 1:0 (1:0)
Qol: Yaşar Abuzərov, 15.
Vərəqələr: Stiv Olfers, 26, Razvan Tarlea, 45+1, Lyuba Baranin, 54, Murad Hüseynov, 84 - Azər Məmmədov, 45+1, Kamal Bayramov, 90+3 – sarı.
Hakimlər: Rauf Cabbarov, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
8 may 2011. Qəbələ. Şəhər stadionu. 400 tamaşaçı.
Qəbələ: 30. Anar Nəzirov, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin (k), 7. Yaşar Abuzərov, 14. Milan Antiç, 15. Razvan Tarlea, 17. Arif İsayev, 19. Branimir Subaşiç (20. Kristian Torres, 67), 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 12. Pavel Dorosev, 4. Ramin Quliyev, 24. Tərzin Cahangirov, 25. Nuran Qurbanov, 28. Müşviq Teymurov, 29. Amil Yunanov.
Baş məşqçi: Toni Adams.
Turan: 85. Kamal Bayramov, 3. Vurğun Hüseynov (k), 4. Ruslan Namazov (2. Hüseyn İsgəndərov, 46), 5. Muammer Erdoğdu, 11. Azər Məmmədov, 17. Orxan İsmayılov, 19. Rəşid Həsənov (25. Martin Kerçev, 46), 21. Rəşad Orucov, 22. Məhərrəm Müslümzadə (10. Xəyal Qarayev, 83), 28. Yasin Abbasov, 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 7. Qalib Əmrahov, 9. Rəşad Piriyev, 15. Cavid Tağıyev.
Baş məşqçi: Asim İbrahimov.
Qeyd edək ki, turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı: Bakı – AZAL – 2:1, MOİK – Simurq – 1:0, Xəzər Lənkəran – Qarabağ – 1:1.
|
1
|
Neftçi
|
30
|
19
|
9
|
2
|
52-13
|
66
|
|
2
|
Xəzər Lənkəran
|
30
|
15
|
11
|
4
|
35-17
|
56
|
|
3
|
Qarabağ
|
30
|
16
|
7
|
7
|
37-19
|
55
|
|
4
|
AZAL
|
30
|
12
|
9
|
9
|
33-27
|
45
|
|
5
|
İnter
|
30
|
12
|
9
|
9
|
28-24
|
45
|
|
6
|
Bakı
|
30
|
10
|
10
|
10
|
33-29
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
30
|
12
|
11
|
7
|
29-17
|
47
|
|
2
|
Muğan
|
30
|
12
|
8
|
10
|
27-29
|
44
|
|
3
|
Gəncə
|
30
|
8
|
11
|
11
|
30-33
|
35
|
|
4
|
Turan
|
30
|
6
|
6
|
18
|
21-42
|
24
|
|
5
|
Simurq
|
30
|
3
|
7
|
20
|
15-47
|
16
|
|
6
|
MOİK
|
30
|
3
|
6
|
21
|
10-53
|
15
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
14 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL).
