8 may 2011 11:35

İlqar Qurbanov: Tez-tez klub dəyişməkdən artıq bezmişəm

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov Premyer Liqanın 30-cu turunun “Xəzər Lənkəran”la səfər oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran”la heç-heçəyə razılaşdığınız görüşlə bağlı nə deyə bilərsiz?
- Lənkəranda həmişəki kimi əla futbol atmosferi var idi. Biz də yaxşı oynadıq, rəqibimiz də. Düzü, belə maraqlı oyunu hələ xatırlamıram. Uzun müddət hesabda geridə olsaq da, sonda istəyimizə çata bildik və qol vurduq. Qələbə qazanmaq üçün kifayət qədər qol epizodları var idi. Amma yekun nəticədə heç-heçə oldu.

- Qurban Qurbanov sizi sona 15 dəqiqə qalmış meydana buraxanda nə dedi?
- Bildirdi ki, yarımmüdafiənin sol cinahında oynayıb, hücuma dəstək verməlisən, amma müdafiəni də unutmamalısan. İstəmirdim ki, komandamız bu oyunda məğlub olsun. Hücumlarda da iştirak edirdim ki, sonda bu da bəhrəsini verdi və qol vura bildim.
 
- Yəqin ki, məşqçilər korpusunun ümidlərini tam doğrulda bildiniz?
- Hər şey göz önündə idi. Amma mənim öz fikrimə görə bu oyunda qol vurmaq heç də bütün ümidləri doğrultmaq anlamına gəlmir.

- Hər halda komandanızın xilaskarı oldunuz...
- Özümü xilaskar hesab etmirəm. Bütün komanda bunun üçün çalışdı. Vüqar Nadirov mənə elə gözəl ötürmə verdi ki, mənim onu qola çevirməməyim sadəcə günah olardı.
 
- Bundan sonra sizi əsas heyətdə görə biləcəyik?
- Hər bir futbolçu kimi mən də oynamaq istəyirəm. Amma hadisələri qabaqlamaq istəmirəm. Yenə məşqlərimi edib, hazır olmağa çalışacağam.

- Sizin əhval-ruhiyyənizdən də hiss etmək olur ki, “Qarabağ” bu heç-heçədən razıdı...
- Nəzərə alsaq ki, Lənkəranda oynayırdıq, bu nəticəni pis hesab edə bilmərik. Biz bu nəticə sayəsində ikinci yer uğrunda mübarizə aparmaq şansımızı saxladıq. İki tur qalıb. Maksimum nəticə əldə etməyə çalışacağıq ki, gümüş medalları qazana bilək.

- İki xal itirsəz də, hər halda Avropa Liqasına rəsmən vəsiqə qazanmış oldunuz...
- Bizim bu mövsümkü əsas məqsədimiz də məhz bu idi. İndi rahatca ikinci yer uğrunda mübarizə aparmaq olar.
 
- Mövsümün sonunda müqaviləniz başa çatır. “Qarabağ”da qalacaqsız?
- Əgər təklif etsələr, qalacam. Uzun müddət bir komandada qalmaq istəyirəm. Tez-tez klub dəyişməkdən artıq bezmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.