9 may 2011 13:07
Millimizin daha bir rəqibi Real`da?
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının, eləcə də Almaniyanın “Borussia” (Dortmund) klubunun yarımmüdafiəçisi Nuri Şahinin bu gün İspaniyanın “Real” klubuna keçidi tam rəsmiləşə bilər. Azerisport.az xəbər verir ki, İspaniya mətbuatı bu gün günorta saatlarında Madrid klubunun sözügedən oyunçunu heyətinə qatması haqda rəsmi məlumat yayacağını iddia edib.
Ünlü “AS” qəzetinin yazdığına görə, bu gün Almaniyada “Borussia”nın ev matçlarını oynadığı “Signal İduna Park” stadionunda bununla bağlı mətbuat konfransı təşkil olunacaq. İspaniya qəzetinin iddiasına görə, Nuri Şahinin ardından “Real” başqa bir “ay-ulduzlu” futbolçu Hamit Altıntopun da transferini həyata keçirəcək.
Nuri Şahinin Mesut Özil kimi 6 illik bir sözləşmə imzalayacağı bildirilir. “Real”ın bu futbolçu üçün ödəməsi gözlənilən transfer haqqının isə 12 milyon avro olduğu bildirilir.
