9 may 2011 13:41

Abramidze: Hətta orqanizm də soruşur ki, nə istəyirsiz məndən?

“İnter”in müdafiəçisi Valeri Abramidze Premyer Liqanın 30-cu turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Növbəti heç-heçə yenə “İnter”in dördüncü pilləyə yüksəlməsinə mane oldu...
- Bizə AZAL-ı turnir cədvəlində qabaqlamaq üçün 3 xal qazanmaq hava-su kimi lazım idi. Amma gördüyünüz kimi, alınmadı. Eybi yox, taleyimizi qarşıdakı oyunlarda müəyyənləşdirməli olacağıq. Bugünkü oyuna gəlincə, öncə onu qeyd etmək lazımdı ki, hava çox isti idi. Biz altıdan sonra oynamağa adət etmişik. Bu gün isə hər şey fərqli idi. 15:40 futbol üçün qəribə zamandı. Meydana alışmaq da çətin idi. Özü də təkcə bizə yox, elə rəqibə də.

- “Neftçi”nin hətta ehtiyat oyunçularına da qalib gələ bilməmək nə dərəcədə üzücüdü?
- Ehtiyat oyunçular o vaxt demək olardı ki, əvəzedici komandanı meydana buraxardılar. Futbol 22 oyunçudan ibarətdi. Onlardan da 11 nəfər çıxmışdı, bizdən də. Əksinə onların heyətindəki oyunçular hamısı özlərini baş məşqçiyə göstərmək istəyirdilər.
 
- Digər tərəfdən “İnter”in yorğunluğu da diqqət çəkirdi...
- Düzünü deyim ki, yorğunluq həqiqətən özünü göstərirdi. Hətta orqanizm də soruşur ki, nə istəyirsiz məndən? Biz isə heç nə cavab verə bilmirik. Oynamalı oluruq. Qələbə qazanmaq vacib olsa da, uduzmamaq da pis deyil.
 
- AZAL-ın xal itkisindən demək olar ki, yararlana bilmədiz...
- Belə xal itkilərinə biz də bu mövsüm çox yol vermişik.
 
- Bəlkə, əsas gücünüzü Azərbaycan kubokunun finalına saxlayırsız?
- Kuboku qazanmaq təbii ki, hazırda bizim üçün əsas vəzifədi. Lakin bu o demək deyil ki, Premyer Liqaya heç bir önəm vermirik. Məsələ heç Avropa Liqasında da deyil. Əsas odu ki, nə qədər üst pillədə qərarlaşsaq, bizim üçün bir o qədər yaxşıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.