9 may 2011 14:53
PFL jurnalistləri yenə Quzanlıya aparır
Peşəkar Futbol Liqasının təşəbbüsü ilə idman jurnalistləri və PFL-in əməkdaşlarından ibarət qrup mayın 13-də Quzanlıya səfər edəcək. Azerisport.az xəbər verir ki, bu, Quzanlı qəsəbə stadionunda Premyer Liqanın 31-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə əlaqədar həyata keçiriləcək.
Səfərə getmək istəyən KİV nümayəndələrindən sadəcə 13 may 2011-ci il tarixində saat 07:30-da AFFA-nın inzibati binasına gəlmələri xahiş olunur.
