9 may 2011 15:05
Azərbaycanlı hakimdən yolverilməz hərəkət (VİDEO)
Azerisport.az sizi çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyevin Premyer Liqanın 29-cu turunun AZAL – “Neftçi” oyunundan (1:3) sonra çempion olan qonaq komandanın futbolçularını necə təbrik etməsini özündə əks etdirən videoroliklə tanış edir. Qeyd edək ki, Premyer Liqa oyunlarını da idarə edən bu hakim “ağ-qaralar”ın hər bir oyunçusunu xüsusi olaraq təbrik edib, onları bağrına basıb.
