9 may 2011 16:26
Və Nuri Şahin rəsmən Real`da!
Bu mövsüm Almaniyanın “Borussia” (Dortmund) klubunda sərgilədiyi oyunla bütün Avropada diqqət çəkən Türkiyə millisinin yarımmüdafiəçisi Nuri Şahinin “Real”a keçidi nəhayət ki, rəsmiləşib. Azerisport.az xəbər verir ki, son günlər bu haqda kifayət qədər xəbərlər dolaşmaqdadı idi ki, bir neçə saat öncə Almaniya və İspaniya klubları Nurinin Madriddə oynayacağını rəsmən açıqlayıblar.
“Real” Nuri Şahinin transferi üçün “Borussia” ilə anlaşdığını açıqlarkən, futbolçu ilə imzalanacaq sözləşmənin də 6 illik olacağını bəyan edib. Madridlilərin türkiyəli orta sahə oyunçusu üçün qarşı tərəfə 12 milyon avro transfer haqqı ödədiyi ifadə edilir. 22 yaşlı oyunçunun illik qazancının isə 2.5 milyon avro olacağı bildirilir.
