9 may 2011 11:35

Aleksandr Şoliç: Onunla meydanda birgə olmaq zövq verir

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına Premyer Liqanın 30-cu turunun AZAL-la oyununda “altılıq” çərçivəsində qazanılan ilk qələbələrindən danışıb (2:0).
 
- “Altılıq”dakı ilk qələbənizə görə təbrik edirik. Oyun haqda nə deyə bilərdiz?
- Təbrikinizə görə sağ olun. Çətin oyun alındı. Rəqib hesabı bərabərləşdirəndə düşündüm ki, yenə qələbəni əldən verəcəyik. Amma yaxşı ki, sonda qələbə qazana bildik. Bu, bizim “altılıq”dakı ilk qələbəmiz idi. Bu qələbə bizə psixoloji planda çox kömək edəcək. Ümid edirəm ki, qalan oyunlarda da qələbə qazanacağıq.

- Cərimə zərbəsindən çox hiyləgər bir qol vurdunuz. Qapıçının bağladığı zonanı nişan almaqla qol vuracağınızı gözləyirdiniz?
- Düzünü deyim ki, o vəziyyətdə heç mən özüm də gözləmirdim ki, top qapıya daxil olacaq. Amma əlbəttə ki, qol vurmağı çox istəyirdim. Sadəcə, belə şeylər təsadüfi hallarda baş tutur. Hər halda belə qol vurduğum üçün çox sevincliyəm.

- Qol vurduqdan sonra birinci hissədə komandanızın oyunu da yaxşılığa doğru dəyişdi...
- Qola qədər də pis oynamamışdıq. 1:0-dan sonra isə bir qədər də ürəkləndik. Amma siz də bilirsiz ki, bu, çox sürüşkən hesabdı, demək olar ki, 0:0 kimi bir şeydi. Buna görə də, ikinci qol üçün axtarışa çıxdıq. Amma həmin qolu yalnız ikinci hissədə vurduq.
 
- İkinci hissəyə pis başlamağınız nə ilə bağlı idi?
- Bəli, ikinci hissənin əvvəlində oyunumuz alınmırdı. Nəticədə qol da buraxdıq. Mümkündü ki, hava şəraiti də müəyyən təsirini göstərdi. Amma komandamız sona kimi öz oyununu oynamağı bacardı. Hücumlarımızı davam etdirdik ki, nəticədə də qələbə qolunu vura bildik. Bütövlükdə, hesab edirəm ki, komandamız yaxşı oynadı.

- “Bakı” meydana iki pleymeykerlə çıxmışdı: siz və Mahmud Qurbanov. Bu, hansısa çətinlik yaratmırdı ki?
- Heç bir çətinlik, problemdən söhnət gedə bilməz. Əksinə, oyunumuz daha yaxşı alınırdı. Mahmud əla oyunçudu və onunla meydanda birgə olmaq da zövq verir.

- Heç bir önəmi qalmayan oyunlara köklənmək çətin deyil ki?
- Xeyr. Şəxsən mənim üçün hər oyun vacibdi. Buna görə də motivasiya baxımından problem görmürəm. Komandanın bütün oyunçuları peşəkardılar. Heç birimiz burda müftə oynamırıq, müəyyən maaş alırıq. Buna görə də komandanın imici naminə qələbə qazanmağa borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.