10 may 2011 13:07
AFFA əvəzedicilərlə divizionçuları da cəzasız qoymadı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri, eləcə də birinci divizion klubları arasında təşkil olunan ölkə çempionatlarının son turunda baş verən olaylara da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
Əvəzedicilərin çempionatının 30-cu turunun “Turan” – “Qəbələ” matçının 67-ci dəqiqəsində “Turan”ın futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Birinci divizionun 25-ci turunun “Karvan” – “MKT-Araz” matçının 68-ci dəqiqəsində “MKT-Araz”-ın futbolçusu Elçin Mehdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Göyəzən” – “Şəmkir” matçında “Şəmkir”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Energetik” – “Neftçala” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
