10 may 2011 13:52

İlqar Qurbanov: XL-la oyunda vurduğum qol mənə stimul oldu

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov komandasının çıxışı, eləcə də “Xəzər Lənkəran”la son oyunda vurduğu qoldan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
 
“Bu il həqiqətən mənim üçün çətin alındı. Öncə, “Mersin İdman Yurdu”yla, ardınca lisenziya ilə bağlı yaranmış problemlər məni futbolsuz qoymuşdu. Üstəlik, arada zədə də keçirmişdim. Amma daim öz üzərimdə işləyirdim. “Qarabağ”a gələndə bilirdim ki,  o dəqiqə heyətə düşən eyiləm. Öncədən də bildirmişdim ki, komandada olan rəqabətdən xəbərim var. Çalışmaqla öz zamanımı gözləməliyəm. Bilirdim ki, Qurban müəllim özümü göstərmək üçün mənə mütləq şans verəcək. Son 2 oyunda “18-liy”ə düşdüm. Zamanımın yavaş-yavaş yetişdiyini hiss edirdim. Elə oldu ki, “Xəzər Lənkəran”la oyunda bu şansı qazandım. Meydana çox istəkli çıxmışdım. Komandama yararlı olmağa çalışırdım. Allahın izniylə,  pis alınmadı. Bu, o demək deyil ki, qol vurdum, hər şey bitdi. Düzdü, bu qol mənə stimul oldu. Amma daha çox çalışmaq lazım olduğunu bilirəm. Bizim komandada çox güclü rəqabət var. Heyət də genişdi. İnşallah, “Qarabağ”a daha da faydalı olmağa çalışacam”. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.