10 may 2011 14:21
Abışov: Kuboku XL üzərindəki qələbədən sonra almaq istərdik
“Neftçi”nin müdafiəçisi Ruslan Abışov Premyer Liqanın 30-cu turunun “İnter”lə oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablayıb.
- “Neftçi” çempion kimi çıxdığı ilk oyundan qolsuz heç-heçəylə ayrıldı...
- Baş məşqçimiz “İnter”lə oyunda bu mövsüm bir qədər az forma geyən futbolçulara şans vermişdi. Onlar da öz növbəsində əllərindən gələni etməyə çalışırdılar. Bütövlükdə komandamızın bu oyunda pis təsir bağışladığını düşünmürəm. Əsas odu ki, qol buraxmadıq. Baxmayaraq ki, özümüz də qol buraxmadıq. Heç-heçəni heç də pis nəticə hesab etmirəm.
- Heyətiniz demək olar ki, gənclərdən qurulmuşdu. Onların çıxışını necə dəyərləndirərdiz?
- Komandamız bundan sadəcə qazanır. Uşaqlar göstərdilər ki, bu heyət gələcəkdə qələbə qazana, nəticə əldə edə bilər.
- Bəs bu perspektivli heyətində qələbə qazana bilməməsinə nə səbəb oldu?
- İlk növbədə onu qeyd etmək lazımdı ki, oyun üçün elə də münasib vaxt seçilməmişdi. Gördüyünüz kimi, hətta azarkeşlər də azdı.
- İlk növbədə onu qeyd etmək lazımdı ki, oyun üçün elə də münasib vaxt seçilməmişdi. Gördüyünüz kimi, hətta azarkeşlər də azdı.
- Amma komanda xeyli qol vəziyyəti yarada bildi...
- Bu, hazırkı heyət üçün müsbət məqamdı. Aparıcı hücumameylli oyunçularımızın yoxluğuna baxmayaraq, komandamız rəqib qapısı önündə təhlükəli vəziyyətlər yarada bilirdi. Sadəcə onlara fərqlənmək nəsib olmadı.
- Ümumiyyətlə, futbol oynamaq üçün həvəs qalıb?
- Əlbəttə, qalıb. Sadəcə öz fikrimi demək istərdim: oyunları bir qədər gec keçirmək lazımdı.
- Artıq neçə turdu ki, azarkeşlər sizi arxayınlaşmamağa və “Xəzər Lənkəran”ı məğlub etməyə çağırırlar...
- Bu komandayla bizim öz haqq-hesabımız var. Şübhəsiz ki, bu komandayla oyuna fərqli hazırlaşacağıq. “Xəzər Lənkəran”la bu dəfəki oyuna çempion kimi çıxacağıq ki, bunu da doğrultamağa məcburuq.
- Yeri gəlmişkən, ola bilər ki, çempionluq kubokunu da elə həmin gün alasız...
- Bu, əlavə stimul olar. Əgər “Xəzər Lənkəran”la oyundakı qələbədən sonra mükafata sahib çıxsaq, yaxşı olardı.
- Amma buna qədər siz Quzanlıda “Qarabağ”la qarşılaşacaqsız...
- Futbolçular tərəfdən heç bir problem yoxdu. Bizim vəsifəmiz oynamaqdı. Buna görə də ora gedib, öz oyunumuzu sərgiləməyə çalışacağıq.
