10 may 2011 14:36
İnter – XL: Öncə şou, sonra oyun
Futbol üzrə Azərbaycan Kubokunun “İnter”lə “Xəzər Lənkəran” arasında mayın 24-də keçiriləcək final matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq.
PFL-in mətbuat xidmətindən verilən məlumata görə, görüş öncəsi arenada şou-proqram da təşkil olunacaq. Həmin mərasimə isə saat 18:30-da start veriləcək.
