10 may 2011 15:42
Liverpullu mütəxəssislər futbol klublarımıza dərs keçir (FOTOREPORTAJ)
AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, mayın 13-dək davam edəcək tədbirdə AFFA-nın, “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, AZAL, “Qarabağ”, “İnter”, “Bakı”, “Turan” klublarının nümayəndələri iştirak edir.
Xatırladaq ki, bu ilin fevral ayında AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşmüş, Liverpul Universitetinin professorlarının Azərbaycana gələrək AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müxtəlif idarəetmə sistemi üzrə müvafiq qruplar əsasında kurslar keçirməsi barədə ətraflı müzakirələr aparmışdı.
