10 may 2011 16:18

“Düşmən bizdən cəmi 200 metr aralıdadı”

Azərbaycan futbolunun canlı əfsanələrindən biri, 1975-1979-cu illərdə "Neftçi"nin şərəfini qorumuş Elbrus Abbasov Premyer Liqanın 31-cu turunun "Qarabağ" – "Neftçi" oyununun Quzanlıda keçirilməsi haqqında fikirlərini saytına bildirib. Azerisport.az xəbər verir ki, o, paytaxt klubunun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
 
"Quzanlıda futbol bayramlarının keçirilməsi təkcə mənim yox, bütün Qarabağ camaatının istəyidi. Həmişə rayon əhalisi ilə görüş zamanı onlar "Qarabağ"ın oyunlarını canlı izləmək istədiklərini bildirirdilər. Düşünürəm ki, başı bəlalar çəkmiş Qarabağ camaatına bundan böyük hədiyyə ola bilməz. Bizim səsimizə səs verən, Azərbaycan futbolunun flaqmanı "Neftçi" oldu. Başda klub prezidenti Sadıq Sadıqov olmaqla "Neftçi" klubuna dərin minnətdarlığımı bildirirəm. Quzanlıda oynamaq ideyası ortaya çıxan kimi "Neftçi"nin prezidenti Sadıq Sadıqov dərhal buna razılıq verdi. Bu, hər kəsə örnək olmalıdı. Bir daha "Nefçi"ni bu addımına və vaxtından əvvəl çempion olduğuna görə təbrik edirəm. Onlara və digər klublarımıza Avropa arenasında uğurlar arzulayıram.
 
Qarabağda futbolu çox sevirlər, orada futbol üçün darıxıblar. Ağdamda oynamaq hər cəhətdən vacibdi. "Qarabağ" ev oyunlarını burada keçirəndə Quzanlı Olimpiya İdman Kompleksinin tribunaları dolu olur. Əhali doğma klubunun oyununu izləmək üçün rayonun hər yerindən bura axışır.  Bu həm də siyasi bir məsələdi. Düşmən bizdən cəmi 200 metr aralıdadı. Orada güllə səsləri eşidilir. Biz isə burada futbol oynayırıq. Qarabağı "Qarabağ"sız qoymaq olmaz. Quzanlı stadionunun öt örtüyü ideal vəziyyətdədi. İdman Kompleksində hər cür şərait yaradılıb. Komandaların bura gəlməsində heç bir problem yaşana bilməz. Mən özüm artıq bir müddətdi ki, Ağdamda yaşayıram. Burada çox istedadlı uşaqlar var. Hazırda onları bir yerə toplayıb məşq keçirəm. İnşallah, gələcəkdə onların içindən layiqli futbolçular çıxacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.