10 may 2011 16:56
“Nə? Harda? Nə vaxt?” komandasının biliciləri azerisport.com oxucularına qarşı!
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, GameTV.az Prodüser Mərkəzi və azerisport.com idman portalı Azərbaycan futbolunun 100 illik, «Nə? Harda? Nə vaxt?» Elitar Klubunun, həmçinin azerisport.com saytının yaranmasının beş illik yubileyi münasibətilə yeni layihəyə start verir. Azerisport.az xəbər verir ki, mayın 29-da AFFA-nın inzibati binasında bu üç əlamətdar hadisə ilə bağlı xüsusi oyun keçiriləcək.
Bu oyunda Siz də iştirak edə bilərsiniz. Bunun üçün öz sualınızı 24 may 2011-ci il, saat 14:00-a qədər [email protected] elektron poçtuna göndərməyiniz yetərlidir. Məktubunuzda adınız, soyadınız, yaşadığınız şəhər, əlaqə telefonunuz, eləcə də sualınızın mənbəyinin dəqiq göstərilməsi xahiş olunur.
Sualları göndərərkən onların seçiminə xüsusi diqqət yetirməyiniz də xahiş olunur. Məsələn, «Braziliya çempionatları tarixində ilk qolu kim vurub?» tipli suallar qəbul olunmayacaq. Sullar tamamilə futbol mövzusuna aid olmalıdır. Xüsusilə, Azərbaycan futbolu ilə bağlı suallara üstünlük verilməli, suallar fakta və məntiqə söykənməlidi.
Sualları səsləndirilən şəxslər arasında mükafatsız qalan olmayacaq. Bilicilik qabiliyyəti ilə seçilən azarkeşlərin bəxti daha çox gətirəcək. Bundan əlavə, hər iki komandanın ən yaxşı oyunçuları Azercell-dən xüsusi hədiyyə almış olacaq.
