10 may 2011 11:08
AFFA qalibləri mükafatlandırdı (FOTOLAR)
AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş dövlət və özəl müəssisələr (banklar, şirkətlər, holdinqlər və s.) arasında təşkil etdiyi mini-futbol turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda İdman Azərbaycan kanalının “Telefortuna” komandası VTB Banka 5:4 hesabı ilə qalib gəlib.
Finalda “Embawood”u 3:2 hesabı ilə məğlub edən “Viva SOCAR” turnirin qalibi adını qazanıb.
Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandalara kuboklar, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.
