10 may 2011 14:41
Azərbaycan millisi ilk oyunda əzmkar qələbəyə sevindi (YENİLƏNİB)
Moldovanın Kişinyov şəhərində təşkil olunmuş “FA of Moldova Cup” turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız litvalı həmyaşıdları ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 13:00-da başlayan oyunda hesabı rəqibimiz açıb. 24-cü dəqiqədə hesabda geri düşən yığmamız yalnız fasilədən sonra oyunda dönüş yarada bilib. Öncə komandamız penalti vurmaq şansı qazanıb ki, bundan da Orxan Əliyev dəqiqliklə yararlanıb. Az sonra Kənan Manafov komandamıza qələbə qazadıran qola imza atıb.
Litva – Azərbaycan 1:2 (1:0)
Qollar: Orxan Əliyev, 47-pen, Kənan Manafov, 54.
Yığmamız meydana aşağıdakı start heyətlə çıxıb: Əyyub Əliyev, Elvin Camalov, Şirməhəmməd Məmmədov, Sadiq Quliyev, Adil Nəbiyev, Kamran Abdullazadə, Kənan Manafov, Qurbanəli Əliyev, Orxan Əliyev, Ruslan Abdullayev, Ruslan Nəsirli.
