10 may 2011 11:23
Qarabağ Quzanlıdakı oyunun hazırlıqlarına başladı
“Qarabağ” “Neftçi”ylə oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, bazar günü “Xəzər Lənkəran”la qarşılaşan komanda Bakıya döndükdən sonra 1 gün istirahət edib.
Dünən isə ağdamlılar günü tək məşqlə keçirib. Bu gün də komanda eyni proqramla çalışacaq. Sabah da Bakıda 1 məşqlə kifayətlənəcək Qurban Qurbanovun komandası, ardınca Quzanlıya yola düşəcək. Premyer Liqanın 31-ci turunun “Neftçi” ilə ev oyunu Ağdamda, Quzanlı Olimpiya kompleksinin meydançasında keçiriləcəyinə görə “Qarabağ” mayın 12-də cəbhə bölgəsinə yollanacaq.
Xatırladaq ki, “Qarabağ” – “Neftçi” oyunu mayın 13-də Quzanlı Olimpiya Kompleksində saat 15:00-da keçiriləcək.
