10 may 2011 12:02
PFL də rəsmi qərarı açıqladı
Premyer Liqanın 31-ci turunun “Qarabağ" - "Neftçi" oyununun Quzanlıda keçiriləcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu məlumat hələlik rəsmi təsdiqlənməsə də, bu gün Peşəkar Futbol Liqası rəsmi bəyanatla qarşılaşmanın Ağdamda baş tutacağını bildirib.
“Ağdam Rayon İcra Hakimiyyətinin PFL-ə ünvanladığı məktubunda Premyer Liqanın 31-ci turunun “Qarabağ” – “Neftçi” matçının Ağdam rayon Quzanlı qəsəbə stadionunda keçirilməsinə icazə verilməsi xahiş olunub. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq “Qarabağ” klubunun mürəciətini və “Neftçi” klubunun razılıq məktubunu nəzərə alaraq
Ə M R E D İ R Ə M:
Premyer Liqanın 31-ci turunun “Qarabağ” – “Neftçi” matçı 13 may 2011-ci il tarixində Ağdam rayon Quzanlı qəsəbə stadionunda keçirilsin.
PFL-in prezidenti R. Musayev”
