10 may 2011 12:37
AFFA-dan Xəzər Lənkəran rəsmilərinə sərt cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr içində Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında baş verən olaylar da yer alıb.
Bu mənada əsas diqqətlər şübhəsiz Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra baş verən olaylara veriləcək hüquqi qiymətlərin necə olacağına yönəlmişdi. AFFA rəsmiləri bu olayları müzakirə etdikdən sonra “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyğun Nadirovu, eləcə də komandanın rəisi Səməd Mustafayevi hakimləri təhqir etdikləri üçün 5 oyunluq cəzalandırıb. Bu azmış kimi klubun özünə də 10 000 manat cərimə tətiq olunub.
