10 may 2011 12:46
Daha iki futbolçu diskvalifikasiya olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqanın 30-cu turunun MOİK – “Simurq” matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 29-cu dəqiqəsində “Simurq”un futbolçusu Əli Bağırov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “Turan” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Muğan” – “Gəncə” matçında “Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 86-ci dəqiqəsində “Gəncə”nin futbolçusu Ramal Hüseynov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
