10 may 2011 00:59
Kakau da Bakıya gəlməyəcək
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Almaniya yığması Bakıya itki ilə gələcək. Azerisport.az xəbər verir ki, Bundestim “Stuttgart”ın forvardı Kakaunun da xidmətindən məhrum olub.
Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu mövsümü vaxtından öncə başa vurmalı olub. Buna isə 30 yaşlı hücumçununu ciddi zədə ilə üzləşməsi səbəb olub. Nəticədə Kakau əməliyyata məruz qalıb. Bu əməliyyatdan sonrakı bərpa dövrünün isə kifayət qədər uzun olacağı bildirilir.
Belədə, Kakaunun Almaniya millisinin də qarşıdakı 3 oyunda iştirak etməyəcəyi dəqiqləşib. Bu oyunlardan biri Uruqvayla yoldaşlıq görüşüdüsə, digərləri Avstriya və Azərbaycanla AÇ-2012-nin seçmə mərhələ oyunlarıdı.
