11 may 2011 01:33

Mircavadov: Klublar yerli və əcnəbi məşqçilər arasındakı fərqi görməlidi

Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində klublarımızdan, məşqçilərimizdən danışıb, eləcə də yerli və əcnəbi mütəxəssisləri müqayisə edib.

- Bu mövsüm başa çatmaq üzrədi. Sizcə, baş məşqçi postlarında dəyişiklik olacaq?
- Bu suala mən cavab verə bilmərəm. Nəzərə alsaq ki, həmin məşqçilər mənim həmkarlarımdı, bu barədə mənim nəsə deməyim düz çıxmaz.
 
- Hazırda ölkədə xeyli işsiz mütəxəssis var. Məsələn, Əsgər Abdullayev, Yunis Hüseynov, Şahin Diniyev. Vəziyyəti dəyişmək üçün nə etmək lazımdı?
- Bunu siz daha yaxşı analiz edə bilərsiz. Yəni kimlər nəticə verə bilir, kimlər yox, bunu siz bilirsiz. Bizdə xarici məşqçilər daha çox dəbdədi. Amma sizə deyim ki, yerli məşqçilərə verilən dəstəklə yerlilərə verilən dəstək arasında böyük fərq var. Bizlərdən daha qısa müddətdə uğur qazanmaq tələb olunur. Amma əcnəbilərlə bağlı durum fərqlidi. Onlara deyirlər ki, tələsməyin, necə lazımdı işləyin, sizə 2-3 il də vaxt veririk, komandanı inkişaf etdirin. Bilirsiz, bu, çox qəribə yanaşmadı. Mən bunu başa düşə bilmirəm. Sirr deyil ki, həm maliyyə, həm də digər şərtlər baxımından xarici mütəxəssislər yerlilərdən daha çox şey tələb edir. Amma bu mövsüm də sübut etdi ki, bizim mütəxəssislər əcnəbilərdən daha güclüdü, onlara inanmaq lazımdı. Çempion yerli mütəxəssisdi, gümüş medal uğrunda mübarizə aparan “Qarabağ”ın baş məşqçisi yerli mütəxəssisdi. Elə dördüncü olan AZAL-da da. Ümumiyyətlə, klub prezidentləri özləri vəziyyəti düzgün qiymətləndirib, fərqi görməlidilər.

 
- Sizcə, hazırda yerli və əcnəbi mütəxəssislər arasında səviyyə fərqi çox böyükdü?
- Mən heç bir səviyyə fərqi görmürəm. Bilirsiz, fərq onda olar ki, yeni baş məşqçi komandanı tamamilə yaxşıya doğru dəyişər. Məsələn, “Bakı”nı götürək. Bu klubda gözəl rəhbərlik var. Hansı ki, komanda üçün hər cür şərait yaradırlar. Hazırda bu komandanı çalışdıran Aleksandr Starkova uğurlar arzulayıram. Amma mənə elə gəlir ki, inkişaf üçün yerli mütəxəssisə ehtiyac var. Daha doğrusu məşqçi yerli futbolu yaxından bilməli, mentalitetə bələd olmalıdı. Onda bəlkə nəsə alına. Bu, yazılmamış qanundu.

- Nazim Süleymanov, Təbriz Həsənov, Vəli Qasımov, Tərlan Əhmədov kimi veteran futbolçularımızın məşqçiliyə başlamasını necə qiymətləndirirsiz?
- Həsənov, Qasımov, Əhmədov mənim rəhbərliyim altında oynayıb. Həm yığmada, həm klubda. Onlar bilməlidilər ki, məşqçi hər zaman öz üzərində işləməlidi. Baxmayaraq ki, mən yaşlıyam, böyük təcrübəm var, amma yenə öyrənirəm. Axı futbol daim inkişaf edir. Məsələn, götürək “Barcelona”nı. Bəziləri deyir ki, bu komanda 23-cü əsrin futbolunu oynayır. Amma onlar necəsə bu səviyyəyə gəlib çatıblar. Bəs necə? Bax bunu öyrənmək lazımdı. Ümumiyyətlə, mən görürəm ki, başqa bəzi klublar da var ki, “Barcelona” kimi oynamaq istəyir. Amma onlar bacarmır.
 
- Bəs siz baş məşqçi kimi yenidən futbola qayıtmağı düşünürsüzmü?
- Allah eləsin ki, qayıdım. Baxaq, görək nə olur. Hələlik dəvət yoxdu.
 
- İlk altılıq komandalarının çıxışını necə dəyərləndirirsiz?
- Mən onların oyununu qiymətləndirsəm, yalan demiş olaram. Çünki sadəcə bəzi oyunları izləyə bilmişəm. Sadəcə, onu deyə bilərəm ki, onlardan heç biri sabit oyun sərgiləmir. “Xəzər Lənkəran” nə qədər xal itirdi? “Qarabağ” bir ara yaxşı sürət götürmüşdü, amma sonradan asanca xal itirməyə başladılar. Düzdü, indi yenidən sürət yığmağa başlayıblar. Həmçinin AZAL bəzi oyunlarda mənim çox xoşuma gəldi. “Neftçi” də sabit oyun sərgiləmirdi. Sadəcə onlar vacib oyunlarda qələbə qazandılar.
 
- Onların erkən çempionluğunu necə qiymətləndirərdiz?
- Bilirsiz, 12 komandadan ibarət çempionatda hamı qələbəyə oynaya bilər. Amma əgər sən çempion olmaq istəyirsənsə, o zaman əsas rəqiblərini yenməyə borclusan. “Neftçi”də də elə alındı ki, “altılıq”dakı bütün rəqibləri öz aralarında xal itkisiylə üzləşdi. Bundan isə sadəcə flaqman qazandı.

- Qarşıda bizi kubokun finalı da gözləyir. Sizcə, “İnter”lə “Xəzər Lənkəran”dan hansı daha şanslıdı?
- Burda şanslar bərabərdi. Əgər komandaların liderləri yaxşı vəziyyətdə olsalar, onda oyun da yaxşı keçəcək. Final oyunlarında mütləq qələbə qazanmaq lazım gəlir. Buna görə də şansları bərabər hesab edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.