12 may 2011 02:52
İspaniya çempionatı: Və Barcelona çempion! (YENİLƏNİB)
İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həftəiçinə təsadüf edən hesabat turunun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Lider “Barcelona”nın əsas izləyicisi “Real” dogma meydanda “Getafe”yə divan tutub. Madrid şəhərini digər təmsilçisi “Atletico” isə səfərdə “Racing”lə oyunda ilk qolu vurmasına peşman olub. Elə günün digər oyunlarında da meydan sahibləri qonaqları məğlub yola salıblar.
İkinci oyun günündə isə bütün diqqətlər lider "Barcelona"nın "Levante" ilə oyununa yönəlmişdi. Çünki Kataloniya təmsilçisi ən azı bir xal qazanacağı halda çempionluğunu rəsmiləşdirmiş olacaqdı. Gözlənildiyi kimi, bu, baş verdi. Qvardiolanın komandası elə minimum vəzifənin öhdəsindən gəlməklə çempion titulunu qorumuş oldu. Günün digər oyunlarına gəlincə, "Valencia" və "Villareal"ın çətin səfər matçlarında xal itkisi ilə üzləşməsi də diqqətçəkən olub. Gecənin ən dramatik görüşü isə "Osasuna" ilə "Sevilla" arasında olub. Səfərdə keçirilən qarşılaşmanın birinci yarısında iki dəqiqəyə 2 qol vuran "Sevilla" fasilədən sonra nəinki bu üstünlüyünü qoruya bilməyib, hətta evə xalsız dönüb.
İspaniya La Liqası
36-cı tur
10 may
Deportivo – Athletic – 2:1
Qollar: Adrian, 22, Kastilyo, 71-öz qapısına – Toquero, 3.
Malaga – Sporting – 2:0
Qollar: Baptista, 9, Eliseu, 68.
Racing – Atletico – 2:1
Qollar: K.Bakırcıoğlu, 38, Rosenberq, 48 – Suares, 11.
Real – Getafe – 4:0
Qollar: Ronaldo, 24; 58; 90-pen, Benzema, 77.
11 may
Almeria - Villarreal - 0:0
Levante - Barcelona - 1:1
Qollar: Kaysedo, 41 - Keyta, 28.
Real Sociedad - Zaragoza - 2:1
Qollar: Tamudo, 24, Aranburu, 88 - Fernandes, 53.
Espanyol - Valencia - 2:2
Qollar: Osvaldo, 19, Qalan, 76 - Soldado, 9, Mata, 25.
Hercules - Mallorca - 2:2
Qollar: Sendoa, 12; 41 - Viktor, 76, Vebo, 79.
Osasuna - Sevilla - 3:2
Qollar: Sola, 46; 87, Lekiç, 90 - Neqredo, 26; 28.
| 1 | Barcelona | 36 | 29 | 5 | 2 | 92 | - | 20 | 92 |
| 2 | Real Madrid | 36 | 27 | 5 | 4 | 91 | - | 31 | 86 |
| 3 | Valencia | 36 | 20 | 7 | 9 | 62 | - | 44 | 67 |
| 4 | Villarreal | 36 | 18 | 8 | 10 | 53 | - | 40 | 62 |
| 5 | Athletic Bilbao | 36 | 17 | 3 | 16 | 56 | - | 53 | 54 |
| 6 | Sevilla | 36 | 15 | 7 | 14 | 56 | - | 58 | 52 |
| 7 | Atletico Madrid | 36 | 15 | 7 | 14 | 56 | - | 49 | 52 |
| 8 | Espanyol | 36 | 15 | 4 | 17 | 44 | - | 51 | 49 |
| 9 | Santander | 36 | 12 | 10 | 14 | 39 | - | 52 | 46 |
| 10 | Malaga | 36 | 13 | 6 | 17 | 52 | - | 64 | 45 |
| 11 | Mallorca | 36 | 12 | 8 | 16 | 37 | - | 49 | 44 |
| 12 | Levante | 36 | 12 | 8 | 16 | 40 | - | 50 | 44 |
| 13 | Real Sociedad | 36 | 14 | 2 | 20 | 47 | - | 62 | 44 |
| 14 | Osasuna | 36 | 12 | 8 | 16 | 44 | - | 44 | 44 |
| 15 | Gijon | 36 | 10 | 13 | 13 | 33 | - | 41 | 43 |
| 16 | Deportivo | 36 | 10 | 12 | 14 | 31 | - | 45 | 42 |
| 17 | Getafe | 36 | 11 | 7 | 18 | 46 | - | 59 | 40 |
| 18 | Zaragoza | 36 | 10 | 9 | 17 | 37 | - | 52 | 39 |
| 19 | Hercules | 36 | 9 | 7 | 20 | 35 | - | 58 | 34 |
| 20 | Almeria | 36 | 5 | 12 | 19 | 32 | - | 61 | 27 |
