11 may 2011 15:25
İnter Cavid Hüseynovu geri qaytarmaq istəyir
“İnter” sabiq oyunçusu Cavid Hüseynovu geri qaytarmaqda maraqlıdı. Azerisport.az xəbər verir ki, “bankirlər” hazırda “Neftçi”də top qovan yarımmüdafiəçini sıralarına qaytarmaq istəyir.
23 yaşlı yarımmüdafiəçi hazırda “ağ-qaralar”ın düşərgəsində mütəmadi oynamasa da, “İnter” yeni çempionun üzvünü heyətində qatmaqda israrlıdı. Artıq paytaxt klubu iki il öncə şərəfini qorumuş Cavid Hüseynovu sıralarına qaytarmaq üçün təklif irəli sürməyə hazırlaşır.
