11 may 2011 15:35
Qurban Qurbanov: Elvin gedir, Adamiya ilə Vüqar qalacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının bəzi üzvlərinin başqa klubların maraq dairəsində olmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda bəzi futbolçularımızla danışıqlar davam etməkdədi. Əksər oyunçularımızla müqavilələrimiz var. Onlarla danışıqlar aparmağa xüsusi ehtiyat yoxdu. Vüqar Nadirovla danışıqlar davam edir. Amma hesab edirəm ki, o, komandada qalacaq. Baxmayaraq ki, fikirləşmək üçün vaxt istəyib. Georgi Adamiya da qalacaq. Gürcüylə yeni müqavilə bağlayacağıq. Elvin Məmmədova gəlincə, o, “Bakı”ya keçəcək. O, komandada qalmaq istəmədi, şərtlərimizi qəbul etmədi. Yəqin ki, “Bakı”nın şərtləri daha yaxşı olub. Biz ona uğurlar arzulayırıq”.
