11 may 2011 16:48
Qurban Qurbanov: Elvin qarşıdakı matçlarda oynamayacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində Elvin Məmmədovun komandadan gedişindən, “Bakı”nın təklifindən və qarşıdakı “Neftçi” ilə oyundan danışıb.
- Mətbuatda belə məlumatlar dolaşır ki, “Qarabağ”ın bəzi oyunçuları komandadan gedəcək. Maraqlıdı, kimlərin komandadan getməsi mümkündü?
- Hazırda bəzi futbolçularımızla danışıqlar davam etməkdədi. Əksər oyunçularımızla müqavilələrimiz var. Buna görə də, onlarla danışıqlar aparmağa xüsusi ehtiyat yoxdu. Vüqar Nadirovla danışıqlar davam edir. Amma hesab edirəm ki, o, komandada qalacaq. Baxmayaraq ki, fikirləşmək üçün vaxt istəyib. Özü komandada qalmaq istədiyini deyib. Georgi Adamiya da qalacaq. Gürcüylə yeni müqavilə bağlayacağıq. Elvin Məmmədova gəlincə, o, “Bakı”ya keçəcək. O, komandada qalmaq istəmədi, şərtlərimizi qəbul etmədi. Yəqin ki, “Bakı”nın şərtləri daha yaxşı olub. Buna görə də, bizim ona uğurlar arzulamaqdan başqa çarəmiz qalmadı.
- Məmmədovun bu qərarından nə vaxt xəbər tutdunuz?
- Elə ən qəribəsi də bunda idi: özü deyirdi ki, hələ qərar verməyib. Buna görə də biz onun agenti Namiq Məstanovla yenə görüşməli idik. İstənilən halda mən həmişə futbolçularımıza düzgün yol göstərməyə hazıram. Onunla söhbətimdə də bildirmişdim ki, qalmağı daha yaxşı olar. Çünki bizi qarşıda avrokubok oyunları gözləyirdi. Hamımız istəyirik ki, “Qarabağ” Avropa Liqasında mümkün qədər yaxşı çıxış etsin. Mümkündü ki, bizə adlı-sanlı, güclü rəqiblər çıxsın. Elvin üçün də belədə gözəl şans yarana bilərdi. Yaxşı oynamaqla xarici menecerlərin diqqətini çəkə bilərdi. Mən həmişə futbolçuların problemləriylə yaxından maraqlanmışam, çalışmışam ki, onlara gələcək karyeraları baxımından da köməkçi olum. Elvinlə də həmçinin. O, bildirmişdi ki, hələ düşünür. Amma dünən gəlib dedi ki, “Bakı”yla danışıb.

- Deməli, onun agenti ilə görüşünüz baş tutmadı?
- Bəli. Sonuncu görüşümüz baş tutmadı. Hansı ki, hər şeyə də məhz həmin görüşdə aydınlıq gəlməli idi. O, özü də gəlib qərarını bildirdi. Bu, mənim üçün də anlaşılmaz oldu. Axı o, buna öncədən qərar vermişdisə, daha tez də deyə bilərdi. Hər bir baş məşqçinin öz planları olur. Elvin “Qarabağ”da yaxşı oynayırdı. Yəqin hamının yadındadı ki, “İnter”də o, daha çox ehtiyatda qalırdı. Amma bizdə daha çox oynamaq şansı qazandı, hətta yığmaya da tez-tez çağırılmağa başladı. Ən əsası ona da burda hər şey yaxşı idi. İstənilən halda onun qərarına hörmətlə yanaşıram. Amma bu qərarını bizə öncədən də deyə bilərdi. Mən həmişə futbolçularla açıq danışmışam. Kimsə komandadan getmək istəyirsə, bunu vaxtında deməlidi.

- Bəs sizcə, onun gedişində başlıca hansı amil rol oynadı?
- O, bizim şərtlərimizi qəbul etmədi. “Bakı”nın şərtləri daha münasib olub. Deməzdim ki, bizim maliyyə şərtlərimiz də pis idi. Biz normal müqavilə təklif etmişdik. Amma yenə də deməliyəm ki, başlıca amil məhz elə maliyyə ilə bağlı idi.
- Qarşıda iki oyununuz qalır. Məmmədov oynayacaq?
- O, mövsümün sonuna kimi “Qarabağ”ın oyunçusudu. Komandada məşq edir, sadəcə oynamayacaq. Qarşıdakı oyunlarda komandamızın elə də çox oynamaq imkanı əldə etməyən futbolçularına şans verəcəm.

- Komandanızın aparıcı üzvlərinin getməsi sizi narahat etmir ki? Öncə Vaqif Cavadov getmişdi, indi də Elvin...
- Bizim klub həmişə gənc futbolçulara yardım edib, bu köməyini əsirgəməyib. Əgər mən bilsəm ki, hansısa futbolçum başqa komandada daha yaxşı oynaya biləcək, onu heç vaxt saxlamazdım. Amma hələlik bilirəm ki, onlara “Qarabağ”da qalmaları lazımdı. Hətta xarici klublardan da dəvət gələndə, biz baxırıq ki, həmin oyunçuların stili ilə klubun oyun üslubu üs-üstə düşürmü?
- Artıq yayda kimlərlə güclənəcəyinizə qərar vermisiz?
- Hələlik bu haqda danışmaq tez olardı. Biz hər şeyi mövsümün sonunda analiz edib, qərarımızı verəcəyik. Bəzi oyunçular komandadan gedəcək. Onların əvəzinə gələnlər də olacaq. Amma hələlik bu haqda danışmaq çox tezdi.
- Qarşıda sizi “Neftçi” ilə oyun gözləyir. Oyunçularınızı bu oyuna kökləmək çətin olmayacaq ki?
- “Neftçi” ilə oyunlarımız həmişə maraqlı və gərgin alınır. Əlbəttə, nəticə də vacibdi. Rəqibimiz artıq çempionluğunu təmin etsə də, bu, bizim üçün heç nəyi dəyişmir. Heç çempionatda neçənci yeri tutacağımız da vacib əhəmiyyət kəsb etmir. Əsas odu ki, avrokuboklara vəsiqə qazanmışıq. “Neftçi” ilə oyunumuz Ağdamda keçiriləcək. İstəyirik ki, azarkeşlərimiz “Qarabağ”ı doğma meydanda görə bilsinlər.