11 may 2011 17:41
Qızıl medalların taleyinə son turda aydınlıq gələcək
Azərbaycan Texniki Universitetinin idman zalında AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən “Yaz turniri” davam edir. Azerisport.az xəbər verir ki, artıq turnirdə ikinci turun oyunlarına da yekun vurulub.
1-ci və 2-ci turun oyunlarından sonra hələlik “Birlik” və “Şimşək” itkisiz irəliləyir. Belə ki, hər iki komanda son tura yüz faizli nəticə ilə daxil olacaq. “Ümid”lə “Zirvə” isə artıq qalib olmaq şansını itirib. Belə ki, son turda bu iki komanda sonuncu pillədən yaxa qurtarmaq uğrunda mübarizə aparacaq. “Birlik” və “Şimşək” isə qızıl medalların taleyinə aydınlıq gətirmiş olacaq.
Yaz turniri
1-ci tur
Ümid – Birlik 4:5
Zirvə – Şimşək 3:6
2-ci tur
Zirvə – Birlik 6:7
Şimşək – Ümid 14:3
