11 may 2011 18:08
Zeynal Məmmədov: Elvinlə hələ müqavilə bağlamamışıq
“Bakı”nın baş meneceri Zeynal Məmmədov “Qarabağ”ın və yığmamızın yarımmüdafiəçisi Elvin Məmmədovun paytaxt klubuna keçidi ilə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, hələlik təcrübəli orta sahə oyunçusu ilə rəsmi müqavilə bağlamayıblar:
“Elvin Məmmədovla hələlik rəsmi müqaviləyə imza atmamışıq. Amma bu transferi həll olunmuş saymaq olar. O, transfer pəncərəsi açılan kimi “Bakı”ya keçəcək. Çünki futbolçuyla prinsipial razılaşma əldə olunub. Komandamızın digər yenilərinin kimliyinə gəlincə, onların taleyinə matın 18-dən sonra aydınlıq gələcək”.