11 may 2011 18:38
Bakı Lənkərana sabah yola düşəcək
"Xəzər Lənkəran"la oyuna hazırlaşan "Bakı" bu gün paytaxtda son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, saat 12:00-da klubun təlim-məşq bazasında baş tutan məşqdə U-19-un heyətində olan futbolçular - Nurlan Novruzov və Rəhman Hacıyev, həmçinin, icazəli olan qapıçı Aqil Məmmədov iştirak etməyib.
Fiziki təmrinlər və topla çalışmalar üzərində qurulan məşq bir saat davam edib. "Bakı" sabaş saat 9:30-da Lənkəran şəhərinə yola düşəcək. Komanda sabah saat 18:30-da Lənkəran şəhər stadionunda məşq edəcək.
