11 may 2011 19:00
AFFA baş hakimi yıxan futbolçunu bağışlamadı(FOTO)
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AZAL-ın futbolçusu Robert Petrovun cəzasının ləğv edilməsi ilə bağlı müraciəti müzakirə olunaraq aşağıdakı qərar qəbul olunub:
“AZAL-ın futbolçusu Robert Petrov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Robert Petrov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Robert Petrov analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun”.
Qeyd edək ki, Petrov AZAL - "Neftçi" oyununda baş hakim Rövşən Əhmədovla toqquşmuşdu. Yerə yıxılan referi futbolçunun bunu qəsdən etdiyini bildirərək, onu meydandan qovmuşdu.
