12 may 2011 00:01

Gümüş və Avropaya son bilet mübarizəsi

Bu gün Premyer Liqanın 31-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, mövsümün sondan əvvəlki turu həftəiçi oynanılsa da, yenə ənənəvi olaraq iki günə bölüşdürülüb.
 
İlk oyun günündə tamamilə formal xarakter daşıyan oyunlar çərçivəsində ikinci altılıq komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Sadəcə ikinci altılığın birincisi olmağı hədəfləməsi mümkün olan “Muğan” birinci diviziona yuvarlanması çoxdan dəqiqləşən MOİK-i qəbul edəcək. “Hərbçilər” isə bu görüşdə daha bir qələbə qazanmaqla sadəcə sonuncu pillədən yaxa qurtarmağa ümid edə bilər.
 
Elitanı tərk edən, sadəcə sonuncu olmamaq üçün çalışması lazım gələn “Simurq” isə səfərdə “Turan”ın qonağı olacaq. Bu görüşdə Tovuz klubunun heç bir iddiası qalmayıb. Tovuzlular sadəcə yeni baş məşqçi Asim İbrahimovla ilk qələbəsini, xalını qazanmağa, həmçinin qol vurmağa çalışa bilər. “Gəncə”nin də bu baxımdan heç bir iddiası qalmayıb. Bölgə təmsilçisi sadəcə son ev matçında azarkeşlərini qələbə ilə sevindirməyi düşünə bilər. Mövsümün sonuna kimi oyunlarını baş məşqçi Toni Adams olmadan keçirəcək qonaqlar üçün isə başlıca məqsəd ikinci altılıqdakı liderliklərini qorumaqdı.
 
İkinci altılıq komandaları isə meydana sabah çıxacaqlar. Öncə gümüş medallar üçün mübarizə aparan “Qarabağ” artıq çempion olduğu üçün qalan görüşləri formal xarakter daşıyan “Neftçi”ni qəbul edəcək. Ağdam klubu ikinci pilləyə yüksəlmək üçün mütləq rəqibini məğlub yola salmalıdı. Bunun üçün Qurban Qurbanovun komandası yaxşı şansa da malikdi. Hər halda qarşılaşmanın məhz Ağdamda, Quzanlı stadionda keçirilməsi meydan sahiblərinə əlavə ruh yüksəkliyi vermiş olacaq. Digər tərəfdən Arif Əsədov “İnter”lə son oyunda olduğu kimi, bu dəfə də böyük ehtimalla əvəzedici heyətin üzvlərindən yararlanacaq.
 
Gümüş medallara digər iddialı komanda – “Xəzər Lənkəran” isə “Bakı” ilə ev oyununda bu hazırkı mövqeyini qorumağa çalışacaq. “Qarabağ” çempionla oyunda qələbə qazana bilməyəcəyi halda Lənkəran təmsilçisi artıq elə bu qarşılaşmada gümüş medalları özü üçün təmin edə bilər. Amma bunun üçün Mirça Rednikin komandası son ev oyununda mütləq qələbə qazanmalıdı. Kubokun ilk yarımfinal matçında onlar bunu bacarmışdılar. Cavab matçında cənub klubu bu rəqibinə uduzsa da, hər halda səfər qolu məhz onların işinə yaramışdı. Bu üzdən “zolaqlılar” indi çətin səfərdə qisas almağa çalışacaq.
 
Hesabat turunun qapanış matçını - “İnter” – AZAL duelini isə dördüncü yer uğrunda mübarizə kimi qələmə vermək olar. Son dövrlər heç də uğurlu çıxış edə bilməyən “təyyarəçilər” onları kubokun finalına buraxmayan “bankirlərdən” qisas almaq üçün əla şansa malikdi. Digər tərəfdən, Nazim Süleymanovun komandası avrokuboklara vəsiqə qazanmaq üçün mütləq bu qarşılaşmada qələbə qazanmalıdı. Belə olan halda paytaxt klubu kubokun finalında “Xəzər Lənkəran”ın qələbəsinə ümid bəsləməklə Avropa Liqasında çıxış etmək şansı qazana bilər. Əks halda “İnter” qələbə qazansa, o zaman heç kubokun finalını gözləmək lazım gəlməyəcək. Çünki belə olan halda “bankirlər” hətta kubokun finalında uduzsa belə, avrokuboklara vəsiqəni təmin etmiş olacaq.
 
Premyer Liqa
31-ci tur
12 may (cümə axşamı)

Muğan - MOİK
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.

Gəncə - Qəbələ
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə. Şəhər stadionu. Saat 16:00.
 
Turan - Simurq
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Qurban Məmmədov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
 
13 may (cümə)
 
Qarabağ - Neftçi
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Ağdam rayonu, Quzanlı Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00.
 
Xəzər Lənkəran - Bakı
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:30.
 
İnter - AZAL
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Şəfa" stadionu. Saat 19:00.
 
1
Neftçi
30
19
9
2
52-13
66
2
Xəzər Lənkəran
30
15
11
4
35-17
56
3
Qarabağ
30
16
7
7
37-19
55
4
AZAL
30
12
9
9
33-27
45
5
İnter
30
12
9
9
28-24
45
6
Bakı
30
10
10
10
33-29
40
 
1
Qəbələ
30
12
11
7
29-17
47
2
Muğan
30
12
8
10
27-29
44
3
Gəncə
30
8
11
11
30-33
35
4
Turan
30
6
6
18
21-42
24
5
Simurq
30
3
7
20
15-47
16
6
MOİK
30
3
6
21
10-53
15
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
14 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.