12 may 2011 00:50
Türkiyə kubokunu Beşiktaş qazandı (YENİLƏNİB)
Bu gün Türkiyə kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda bütün rəqiblərini mübarizədən kəranlaşdırmağı bacaran “Beşiktaş”la “İstanbul Büyükşehir Belediyespor” qarşılaşıb.
Komandalar meydana aşağıdakı start heyətlərlə çıxıblar:
BEŞİKTAŞ: Rüştü Reçber, İsmail Köybaşı, Sivok, Mehmet Aurelio, Ekrem Dağ, Fernandes, Necip Uysal, Quti (Hilbert, 106), Simao Sabrosa, Kuaresma, Bobo (Hüqo Almeyda, 56).
İBB: Hasagiç, Rizvan, Metin Depe, Can, Ekrem, Holmen, Cihan, Mahmut (Tevfik, 105), İbrahim Akın (Gökhan Süzen, 84), Tevfik, Tum (Gökhan Ünal, 56).
Oyunun əsas vaxtında tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Nəticədə əlavə vaxta ehtiyac duyulub. Lakin bu əlavə vaxt ərzində də tərəflər qələbə qolunu vura bilməyib. Nəticədə qalibi penaltilərlə müəyyənəşdirmək lazım gəlib. Daha dəqiq oynayan "Beşiktaş" Türkiyə kubokunun qalibi adını qazanıb.
Türkiyə kuboku
Final
11 may
BEŞİKTAŞ – İBB – 2:2 (penaltilərlə 4:3)
Qollar: Kuaresma, 33 (1:0), İbrahim Akın, 54-pen (1:1), Gökhan Ünal, 67 (1:2), Sivok, 78 (2:2).
