11 may 2011 11:26
Almanlar millimizin qapısına 5 cavabsız qol vurdu
Almaniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi “Nürnberq” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub.
Vəli Qasımovun komandası bu qarşılaşmadan ağır yenilgi ilə ayrılıb. Belə ki, yığmamız 0:5 hesabı ilə məğlub olub.
