11 may 2011 11:52

“Qəbələ`də 2-3 oyunçu gedəcək, 3-4 yeni səviyyəli legioner gələcək”

“Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına komandasının yeni transferlərindən danışıb, turnir cədvəlindəki durumlarını müzakirə edib.
 
- Hazırkı klubunuzla yeni müqavilə bağlamağınıza başqa komandalardan dəvət olmaması səbəb oldu?
- Mənə elə gəlir ki, daha bir il Qəbələdə çıxış etmək mənə mane olmaz. Əlbəttə, başqa təkliflər də var idi. Amma o dərəcədə ciddi təkliflər deyildi ki, onlara baxam. Mənim üçün burda hər şey yaxşıdı.
 
- Heç ölkə xaricinə də çıxmağı arzulamırsız?
- Əgər ciddi dəvətlər olarsa, o zaman yenidən legioner həyatı yaşamağa hazıram. Polşada çıxış edərkən mən çox müsbət şeylər gördüm. “Qəbələ” ilə müqavilə bağlayarkən Toni Adamsla söhbətim oldu. O, mənim xidmətimdə maraqlı olduğunu və daha bir il qalmağımı xahiş etdi. İstəyirəm ki, infrastrukturun yaxşılaşmasının şahidi olum. Artıq 3 sintetik meydança hazırdı. Hazırda oynadığımız meydança yenidən qurulacaq. Növbəti mövsümdən artıq təbii qazonda oynamış olacağıq. Oyunların gecə keçirilməsi üçün yeni projektorlar gətirilir və tribunalar genişləndirilir. Tezliklə, burda hər şey daha yaxşı olacaq.

- Maliyyə şərtləri də yaxşılaşıb?
- Hazırda burda məni hər şey qane edir. Deməli, bu planda da hər şey yolundadı. Mən peşəkar futbolçuyam və buna görə xüsusi narahatlıq keçirmirəm.
 
- Komandanız Mahir Şükürovun ardınca daha bir milli üzvü Vurğun Hüseynovu da heyətinə qatdı...
- Vurğun gənc, perspektivli futbolçudu. Yaxşı rəqabət yaradacağına inanıram. Mahir də komandaya yaxşı uyğunlaşdı. Ölkənin ən yaxşı sağ cinah müdafiəçilərindən biridi. Onu Rail Məlikovdan zəif hesab etmirəm. Amma bu, komandamızın son transferi deyil. Toni Adams öz yetirmələrinə heç vaxt əsəbləşmir. Hər bir futbolçuya oynamaq, özünü təsdiqləmək imkanı yaradır.

- “Turan” üzərində qələbə qazansaz da, artıq hiss olunur ki, sadəcə mövsümün başa çatmasını gözləyirsiz...
- Elədi ki, var. Bizim artıq heç bir ciddi məqsədimiz qalmayıb. Çünki ikinci altılıqda mübarizə aparırıq. Bu oyunlara köklənmək çox çətindi. Məşqçilər korpusu da artıq gələcəyi düşünür. Mən eşitmişəm ki, 2-3 futbolçu dəqiq gedəcək. Əvəzində 3-4 səviyyəli legioner gələsidi.
 
- 7-ci pilləni “Muğan”a təhvil verməkdən qorxmursuz ki? Yoxsa bu, sizin üçün elə də prinsipial deyil?
- Bunun heç bir prinsipial anlamı yoxdu. Amma hər ehtimala qarşı 7-ci pillədəki mövqeyimizi qoruyub saxlamaq lazımdı ki, həqiqətən də mövsümü yola verdiyimizi deməsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.