11 may 2011 00:01
Azərbaycan Rumıniya və Moldovanı geridə qoydu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması (U-17) Moldovada düzənlənən bu ölkənin futbol federasiyasının kubokunda birinci pilləni ələ keçirib. Azerisport.az xəbər verir ki, beynəlxalq turnirin ilk turunun oyunlarından sonra hələlik Təbriz Həsənovun komandası 4 komanda arasında ən güclüdü.
Qeyd edək ki, komandamız ilk turda Litva üzərində 2:1 hesablı əzmkar qələbəyə sevinmişdi. Meydan sahibi olan moldovalılar isə Rumıniya ilə dueldən qalib ayrılıblar - 1:0.
Qeyd edək ki, 2-ci turun oyunları mayın 12-də keçiriləcək. Həmin gün Azərbaycan millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcəksə, Moldova Litva ilə qarşılaşacaq.
