11 may 2011 12:05
Millimizin qapıçısı Almaniya klubuna qələbə qazandırdı
Millimizin və “Abşeron”un qapıçısı Andrey Popoviçin Almaniyanın “Fortuna” klubuna baxışa yollandığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Düsseldorf klubunun məşqlərində iştirak edən futbolçumuz artıq yoxlama matçında da sınaqdan keçirilib.
Onun komandası bu il 100 yaşını qeyd edən “TuS Qrevenbroyxa” klubu ilə qarşılaşıb. Görüş 2:1 hesabıyla Popoviçin yer aldığı komandanın qələbəsi ilə başa çatıb.
