11 may 2011 12:27
Neftçi oyunçularını mükafatlandırmayıb
"Neftçi"nin çempionluğa görə futbolçulara mükafat verməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Paytaxt klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu azerisport.az saytına açıqlamasında bu xəbərləri təkzib edərək bildirib ki, çempionluq üçün heç bir mükafat nəzərdə tutulmayıb:
"Neftçi"nin oyunçuları peşəkar futbolçulardı. Futbolçulara maaşlarından əlavə heç bir mükafat verilməyib. bu xəbərləri həqiqəti əks etdirmir".
