11 may 2011 00:32
Qəbələ baş məşqçisiz qaldı
“Qəbələ”nin baş məşqçisi Toni Adams vətəninə qayıdıb. Azerisport.az xəbər verir ki, İngiltərədə biznes-foruma qatılacaq, həmçinin matəm mərasimində iştirak edəcək mütəxəssis böyük ehtimalla bu mövsüm bir də Qəbələyə qayıtmayacaq.
Belə ki, vətənindəki işləri ilə əlaqədar Toni Adamsın Premyer Liqanın son iki oyununda iştirakı da baş tutmayacaq. “Qəbələ” “Gəncə” ilə mayın 12-də keçiriləcək səfər oyununa, eləcə də “Muğan”la mövsümün son matçına məhz baş məşqçisiz çıxacaq. Həmin görüşlərə komandanı baş məşqçinin əsas köməkçisi Qari Stivens çıxaracaq.
