11 may 2011 13:03
XL son ev matçına tam heyətlə hazırlaşa bilmir
"Xəzər Lənkəran" Premyer Liqanın növbəti turunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, dünən Lənkərana dönən komanda saat 18.00-da ilk məşqinə çıxıb.
"Fırtınalar meydanı"nın yardımçı meydançasında baş tutan hazırlıq prosesində bütün futbolçular iştirak etsə də, Uinston Parks, Simao Bruno və Marian Skarlatake komandadan ayrı çalışıb. Məşq iki tərəfli oyunla yekunlaşıb.
"Xəzər Lənkəran" doğma meydanda cümə günü "Bakı"ya qarşı keçirəcəyi mövsümün son ev oyunun hazırlıqlarını bu gün davam etdirəcək.
