11 may 2011 00:50
Neftçi Nasimovun transferini bu həftə bitirə bilər
Yaxın günlərdə Rusiyanın “Rubin” klubunun idman direktoru Muhsin Muhamdiyev Bakıya gələcək. Azerisport.az xəbər verir ki, onun səfərdə məqsədi “Neftçi”də icarə əsasında çıxış edən Özbəkistan millisinin üzvü Bahodir Nasimovun taleyinə aydınlıq gətirməkdi.
Məlum olduğu kimi, bu hücumçu müqavilə ilə Kazan klubuna məxsusdu. “Neftçi”də isə icarə əsasında çıxış edir. Lakin paytaxt klubu ruslarla görüşdə onun transfer hüquqlarına tam şəkildə yiyələnmək istəyir. Mümkündü ki, Premyer Liqamızın cari mövsümünün ən məhsuldar oyunçusunun məsələsi bu həftəsonu tam həllini tapsın.
