12 may 2011 01:54
Vüqar Nadirov: Qarabağ`da qalmaq istəyirəm
“Qarabağ”ın və millimizin hücumçusu Vüqar Nadirov “Qarabağ”da qalmaqda maraqlıdı. Azerisport.az saytına müsahibəsində o, müqaviləsinin müddəti başa çatmaqda olan bölgə təmsilçisiylə sözləşməsini yeniləmək istədiyini bildirib:
“Mənim “Qarabağ”la müqaviləmin müddəti mövsümün sonunda başa çatır. Buna görə də yenidən stol arxasına keçib, danışıqlar aparmağımıza ehtiyac var. Mən özüm komandada qalmaq istəyirəm. Amma danışıqlarımız alınmasa, məcburam ki, başqa klubların təkliflərini nəzərdən keçirim. “Qəbələ” ilə bağlı isə hələlik heç nə deyə bilmərəm”.
