12 may 2011 13:26
Yaz turnirinin qalibi müəyyənləşdi
Azərbaycan Texniki Universitetinin idman zalında AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən “Yaz turniri” başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün keçirilən son turun oyunlarında “Birlik” 9:6 hesabı ilə “Şimşək” komandasını, “Zirvə” isə 8:4 hesabı ilə “Ümid” komandasını məğlub edib.
Beləliklə, bütün oyunları qələbə ilə başa vuran “Birlik” turnirin qalibi olub. “Şimşək” ikinci, “Zirvə” isə üçüncü yeri tutub.
Turnirin ən yaxşı oyunçusu adına İntiqam Hacıyev (“Ümid”) layiq görülüb. “Ən yaxşı qapıçı” nominasiyasının qalibi adını “Birlik” komandasının qolkiperi Elmir Maqsudov qazanıb. Ən məhsuldar oyunçu isə Babək Mirzəyev (“Şimşək”) olub.
