12 may 2011 13:49

Elvin Əliyev: Buna görə hamımız günahkarıq

AZAL-ın müdafiəçisi Elvin Əliyev azerisport.az saytına müsahibəsində komandasının son dövrlərdəki zəif oyunundan, avrokuboklara vəsiqə şanslarından danışıb.
 
- Son dövrlər AZAL-ın nəticələri heç də ürəkaçan deyil. Bu, nə ilə bağlıdı?
- Düzünü deyim ki, dəqiq bilmirəm. Biz final mərhələsinə kimi çox yaxşı mübarizə aparırdıq. Hətta çempionluğa şansımız var idi. Amma “altılıq” mərhələsində hər şey dəyişdi. Niyəsini bilmirəm. Hardasa apreldən bəri oyunumuz alınmır.
 
- “Bakı” ilə son oyunda da məğlubiyyətdən qaça bilmədiz...
- Bilirsiz, uduzmaq da olar. Heç kim bundan sığortalanmayıb. Məsələn, mövsümün əvvəlində bizim “Xəzər Lənkəran”la oyunumuzda qələbə qolu 93-cü dəqiqədə vuruldu. Həmin oyunda biz əla oynamışdıq. Sadəcə bəxtimiz gətirmədi, qol buraxdıq. Amma “Bakı”yla oyundakı məğlubiyyət tam fərqli idi. Özümüz də anlamırıq ki, oyunumuz niyə alınmır. Qol vəziyyətləri də olur, vurammırıq.
 
- Bəlkə, komandada hansısa problemlər var ki, AZAL-ın oyununa təsir göstərir?
- Xeyr, heç bir problem yoxdu. Biz öz aramızda mehribanıq. Düzdü, uğursuz oyunlardan sonra müəyyən qədər gərgin anlar olur. Amma bu, ötəri olur. Öz aramızda da uğursuzluğu müzakirə edirik, çıxış yolu tapmağa çalışırıq.
 
- Gennadi Bliznyukun komandadan gedişini necə qarşıladız?
- O, həqiqətən yaxşı futbolçu idi. “Altılıq”da məhz onun sayəsində iki vacib qələbə qazandıq. Ola bilsin ki, onun da gedişi müəyyən qədər təsirini göstərdi. Amma deməzdim ki, bu təsir böyük ölçüdə oldu.
 
- Hər halda demək olar ki, indi komandada forvard böhranı var?
- Mən belə deməzdim. Bizdə yaxşı hücumçular var. Məsələn, Qvidas Yuşkanı götürək. İndi o komandanın bombaridi.
 
- Amma sizin bombardiriniz “altılıq” mərhələsində yatmaqdadı...
- Onun qol vurması üçün bütün komandanın oynaması lazımdı. Təkcə hücumçuları günahlandırmaq düz deyil. Komandanın oyunu alınmırsa, deməli hamı günahkardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.